"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsindən qeyri-adi layihə- “Biz Gələcəyik”

--2016-11-08 / 17:23

“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində  Binəqədi Bələdiyyəsinin “Biz Gələcəyik” adlı növbəti layihəsi baş tutub. Bu barədə məlumat bələdiyyədən  daxil olub.

Layihə çərçivəsində Bələdiyyənin idarəetməsi məktəblilərə həvalə edilmişdir. Layihədə əsas məqsəd məktəblilərdə hələ aşağı siniflərdən liderlik keyfiyyətlərinin aşılanması, yerli özünüidarəetmə anlayışının formalaşdırılması, eyni zamanda Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrinin möhkəmləndirilməsi olmuşdur.

Gün ərzində Bələdiyyənin müvafiq şöbə və sektorları ilə tanış olan məktəblilər bələdiyyə qulluqçularının və bələdiyyə üzvlərinin vəzifələrini icra etmişlər.

Belediyye.info

 

ŞƏRHLƏR